Fox News – Abu Bakr Al-Bağdadi sağdır

9-05-2018, 13:51           

Fox News teleşirkəti İraq DİN-nin İraq və Narkotiklərlə Mübarizə İdarəsinin məlumatına istinad edərək məlumat yayıb ki, “İslam Dövlətinin” lideri, Abu Bakr Al-Bağdadi sağdır və Suriya-İraq sərhəd zonasında gizlənir.

“Bizdə olan məlumata görə, Abu Bakr Al-Bağdadi Suriyanın Hacin şəhərindədir. Bu şəhər İraq sərhədindən 30 kiləmetrdə yerləşir”, – İraq DİN-nin Kəşfiyyat və Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Abu Ali Al-Basri bəyan edib.

Yayılan məlumata görə, Abu Bakr Al-Bağdadi barədə məlumatı İraq kəşfiyyatı bir neçə gün bundən əvvəl əldə edib.

Xatırladaq ki, keçən il Abu Bakr Al-Bağdadinin məhv edildiyi ilə bağlı məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru