"Yuventus" İtaliya Kubokunun finalında "Milan"ı darmadağın edib

10-05-2018, 08:28           
"Yuventus" İtaliya Kubokunun finalında "Milan"ı darmadağın edib
"Yuventus" futbol üzrə İtaliya Kubokunun 2017/18-ci illər mövsümünün finalında "Milan" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Romanın "Olimpiko" stadionunda keçirilən görüş 4:0 hesabı ilə Turin komandasının xeyrinə başa çatıb.

Matçda bütün qollar ikinci hissədə vurulub. Müdafiəçi Mehdi Benatia dubl edib, daha bir qolu isə xavbek Duqlas Kosta vurub. Oyunda son nöqtəni milanlıların forvardı Nikola Kaliniç qoyub. O, topu öz qapısına göndərib.

Beləliklə, "Yuventus" ardıcıl dörd, tarixində isə 13-cü dəfə İtaliya Kubokunun qalibi olub. Qələbə sayına görə turinlilərin ən yaxın izləyicisi "Roma"dır (9), "Milan" Kuboka 5 dəfə sahib çıxıb.

İtaliya Kuboku. Final

"Yuventus" – "Milan" - 4:0

Qollar: 1:0 – Benatia – 56, 2:0 – Kosta – 61, 3:0 – Benatia – 64, 4:0 – Kaliniç – 76 (avtoqol).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru