“Mançester Siti” klubu üçqat rekorda imza atıb

10-05-2018, 08:35           

“Mançester Siti” klubu İngiltərə premyer liqasının 31-ci turdan təxirə salınmış matçda “Brayton”la qarşılaşıb.



APA-nın məlumatına görə, doğma meydanda rəqibini 3:1 hesabı ilə məğlub edən “şəhərlilər” üçqat rekorda imza atıblar.



“Mançester Siti” İngiltərə premyer liqası tarixində bir mövsüm ərzində ən çox qələbə əldə edən, xal toplayan və qol vuran klub olub.

Xosep Qvardiolanın yetirmələri 31 matçda qələbə qazanıb, 97 xal toplayıb və 105 dəfə rəqiblərinin qapılarına yol tapıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru