“Barselona” uddu, “Real” məğlub oldu
10-05-2018, 09:23
Futbol üzrə İspaniya Çempionatının 36-ci turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, günün ilk qarşılaşması "Nou Kamp" stadionunda keçirilib. Vaxtından əvvəl çempion olmuş "Barselona" altıncı yerdə qərarlaşan "Villyareal"ı qəbul edib. Hesabı meydan sahibləri erkən qolla açıb. Oyunun 11-ci dəqiqəsində Filip Koutinyo fərqlənib - 1:0. Dörd dəqiqə sonra Paulinyo hesabı artırıb - 2:0. Birinci hissənin axırıncı dəqiqəsində Leo Messi hesab arasındakı fərqi üç topa çatdırıb - 3:0. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra qonaqlar qollardan birinin əvəzin çıxıblar. N.Sansone adını tabloya yazdırıb - 3:1. Oyunda son nöqtəni Osman Dembele (87,90) qoyub - 5:1. Beləliklə "katalonya"lılar 5:1 hesabı ilə qələbə qazanıb.
Digər görüşdə "Real Madrid" klubu "Sevilya"nın qonağı olub. Matçın 26-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar - 1:0. Birinci hissənin əlavə olunmuş birinci dəqiqəsində Latın fərqlənərək hesabı artırıb - 2:0. Birinci hissə bu hesabla başa çatıb.
Oyunun əsas vaxtına altı dəqiqə qalmış üç qol vurulub. Meydan sahiblərinin heyətində Serxio Ramosun avtoqolu, qonaqların isə heyətində Borja Mayoral və 11 metrlik cərimə zərbəsindən Serxiyo Ramos fərqlənərək oyunda son nöqtəni qoydular - 3:2.
Qeyd edək ki, matçın 58-ci dəqiqəsində madridlilərin kapitanı Serxio Ramos 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyib.