Komandan ayılan Ferqyussonun ilk sözləri

10-05-2018, 09:48           
Komandan ayılan Ferqyussonun ilk sözləri
Bir neçə gün öncə beyin qanaması keçirən və ardından komaya düşən məşhur məşqçi Aleks Ferqyusson ayılıb və ilk sualı futbola aid olub.

76 yaşlı mütəxəssis komandan ayılan kimi oğlunun çalışdırdığı "Donkaster Rovers"in son nəticəsini soruşub.

Salford xəstəxanasında müalicəsini davam etdirən Ferqyussonun durumunun yaxşıya doğru getdiyi bildirilir. Xəbərlərdə "Mançester Yunayted"in sabiq baş məşqçisinin Kiyevdə keçiriləcək Çempionlar Liqası finalını izləməyə getmək istəməsi, amma tam sağalana qədər bunun mümkün olmadığı qeyd edilib.

Onun oğlu Darren Ferqyussonun çalışdırdığı "Donkaster Rovers" sonuncu turda "Viqan"la qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Ancaq o atasının vəziyyətinə görə meydana komandanın başında çıxmamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru