“Neftçi”də növbəti qalmaqal: - Futbolçudan klub prezidentinə qeyri-etik JEST

10-05-2018, 21:20           
“Neftçi”də növbəti qalmaqal: - Futbolçudan klub prezidentinə qeyri-etik JEST
“Neftçi”də prezident təyinatından bəri qalmaqallar bitmək bilmir. Apasport.az saytının məlumatına görə, növbəti xoşagəlməz hadisə Topaz Premyer Liqasının XXVI turunda “Qarabağ”la qarşılaşmadan sonra yaşanıb.

Bakılıların qalib gəldiyi (1:0) görüşün ardından klub prezidenti Kamran Quliyev sevincək halda paltardəyişmə otağına daxil olub. Quliyevin rus dilində “afərin uşaqlar, mükafat olacaq” deməsindən sonra ilk reaksiya müdafiəçi Kirill Petrovdan gəlib.

Aylıq məvacibi 10 min dollar olmasına baxmayaraq, yeni müqavilə üçün 5 min təklif edilən ukraynalı mükafatın nə qədər olduğunu soruşub. Quliyevin “sənin iki ayağın var, nə istəyirsən?” söyləməsi Petrovu qəzəbləndirib. Duşdan yeni çıxdığı üçün yarıçılpaq vəziyyətdə olan müdafiəçi hər kəsin gözü önündə belindəki dəsmalı götürərək, klub prezidentinə qeyri-etik jestlə qarşılıq verib: “Mənim üç ayağım var”.

Onlar arasında münaqişə böyümədən aradan qaldırılıb.

Məsələ ilə bağlı Kamran Quliyevin də münasibətini öyrənmək istədik. Amma klub prezidenti danışmaq istəmədi və bununla bağlı mətbuat xidmətinə müraciət etməyimizi bildirdi. Halbuki, Anar Şabanoğlunun istefasından sonra hazırda klubun mətbuat xidməti vəzifəsi boşdu.

Qeyd edək ki, “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Kirill Petrov yayda ayrılmaq fikrindədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.