Türkiyə Kubokunun yeni sahibi

11-05-2018, 08:50           

Futbol üzrə Türkiyə Kuboku uğrunda final matçı keçirilib.

Publika.az xəbər verir ki, həlledici görüşdə "Akhisarspor" və "Fənərbağça" komandaları üz-üzə gəlib.

Diyarbəkirdəki "Atatürk" stadionunda oynanılan qarşılaşmanı FİFA referisi Cüneyt Çakır idarə edib. Görüş "Akhisarspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan 32-ci dəqiqədə Migel Lopes, 70-ci dəqiqədə Abdul Sissoko, 81-ci dəqiqədə Elder Barboza, məğlub kollektivdən isə 56-cı dəqiqədə Fernandao, 86-cı dəqiqədə isə Jozef de Souza fərqlənib.

Bununla da "Akhisarspor" tarixində ilk dəfə Türkiyə Kubokunu qazanıb və bu mükafatı əldə edən 15-ci klub olub. Komandaya rəhbərlik edən Okan Buruk isə futbolçu olduğu vaxt 6 dəfə qazandığı kuboka baş məşqçi kimi ilk dəfə yiyələnib. 11 dəfə finalda uduzan "Fənərbağça"nın isə kubok həsrəti 5 ilə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru