MLS-də ən çox qazanan futbolçuların siyahısı açıqlanıb

12-05-2018, 08:57           

MLS-in (ABŞ çempionatı) ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb.



Apasport.az saytının məlumatına görə, liqanın futbolçular assosiasiyası 2018/19 mövsümündə ən çox qazanacaq oyunçuları müəyyənləşdirib.



Cədvələ “Toronto”nun yarımmüdafiəçisi Sebastyan Covinko başçılıq edir. Onun qazancı 7,1 milyon dollar olacaq. İlk onluqda Maykl Bredli (“Toronto”, 6,5 milyon), Karlos Vela (“Los-Anceles”, 6,29 milyon), Bastian Şvaynştayger (“Çikaqo”, 6,1 milyon), Covanni dos Santos (“Los-Anceles Qalaksi”, 6 milyon), David Vilya (“Nyu York Siti”, 5,6 milyon, Jozi Altidor (“Toronto”, 5 milyon), İqnasio Pyati (“Monreal”, 4,7 milyon), Tim Hovard (“Kolorado”, 2,47 milyon) və Diyeqo Valeri (“Portlend”, 2,39 milyon) də ilk “onluq”da yer alıb.



Maraqlıdı ki, isveçli Zlatan İbrahimoviç liderlərdən uzaq düşüb. “Los Anceles Qalaksi”dəki qazancı 1,5 milyon dollar olan futbolçu siyahıda 25-cidi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.