Argentina prezidenti iqtisadi böhran səbəbindən DÇ-2018-də iştirak üçün Rusiyaya getməyəcək

12-05-2018, 09:21           
Argentina prezidenti iqtisadi böhran səbəbindən DÇ-2018-də iştirak üçün Rusiyaya getməyəcək
Argentina prezidenti Maurisio Makri ölkədə yaranmış iqtisadi böhran səbəbindən futbol üzrə dünya çempionatında iştirak üçün Rusiyaya getməkdən imtina edib.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən "Nacion" nəşri məlumat yayıb.

Bildirilir ki, Makri üçün hazırda ölkədəki çətin iqtisadi vəziyyəti yoluna qoymaq ən vacib məsələdir.

Son bir neçə gündə Argentina pesosunun məzənnəsi ABŞ dollarına nisbətdə tarixi minimumuna düşüb.

Makri yaranmış vəziyyətlə əlaqədar Beynəlxalq Valyuta Fondundan yardım istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru