“Bakı Marafonu 2018”in qalibləri mükafatlandırılıb

13-05-2018, 20:43           
“Bakı Marafonu 2018”in qalibləri mükafatlandırılıb
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2018”in kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.

“Report” xəbər verir ki, mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafatlarla, eləcə də medallarla təltif ediliblər.

Kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko birinci, iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü yerə sahib çıxıb. Qadınların arasında isə türkiyəli Çelik Fadimə, ukraynalı Valentina Poltavska, Rusiyadan olan Anastasiya Petrova müvafiq olaraq I-III yerləri tutublar.

Həmçinin “Azercell” şirkətinin köynəyində yarışanlar arasında qalib olan Namiq Əsədova, ikinci yeri tutan Samir Paşayevə və üçüncü olan Tural Sadıxlıya isə müxtəlif hədiyyələr təqdim olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru