Məhəmməd Salahdan tarixi rekord – Ən çox qol vuran oyunçu oldu

13-05-2018, 21:34           
Məhəmməd Salahdan tarixi rekord – Ən çox qol vuran oyunçu oldu
“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Qol.az-ın yaydığı xəbərə görə, çempionatın sonuncu – 38-ci turunun “Brayton”la hazırda davam edən oyununda fərqlənən misirli futbolçu qollarının sayını 32-yə çatdırıb. “Liverpul”un rəsmi Tvitter səhifəsi yazıb ki, o, bununla da İngiltərə Premyer Liqası tarixinin ən çox qol vuran futbolçusu kimi tarixə düşüb.

O, 32 qolu 36 oyunda vurub. Bundan başqa, misirli oyunçu 10 qolun ötərməsini də edib.

Qeyd edək ki, buna qədər Salah 31 qolla Alan Şirer (1993-1994), Kriştiano Ronaldo (2007-2008) və Luis Suareslə (2013-2014) birgə rekorda şərik idi.

Xatırladaq ki, İngiltərə jurnalistlərinin rəyinə əsasən, Salah bugünlərdə 2017/18 mövsümü üçün Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru