Rafael Ağayev: "Təklif olsa, gedərəm”

17-05-2018, 00:16           

Öz rekordumu qırdım. Çalışacağam ki, altıncı dəfə dünya çempionu olum. Hələ canısuluyam. Hələ karyeramı bitirməyi düşünmürəm. Olimpiadaya da iştirak üçün yox, qızıl medal qazanmaq üçün gedirəm.

Bu barədə karate üzrə beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayev Avropa çempionu olmasından danışarkən deyib.

Yarış günü Avropa çempionatına yollandıqlarını bildirən Ağayev bunun döyüşlərdə öz əksini tapdığını bildirib:

"Təbii ki, Serbiyaya yarış günü yollanmağımız bizə pis təsir etdi. Bu, yorğunluğa səbəb oldu. Finala kimi döyüşlərim çətin alındı. Finaldan sonra dincəlmək imkanım oldu. Bu da finala daha yaxşı çıxmağıma səbəb oldu”.

Rafael Ağayev İtaliyanın "Yuventus” klubundan təklif gözlədiyini qeyd edib:

"1994-cü ildən "Yuventus”a azarkeşlik edirəm. Mənə tanışım vasitəsilə "Yuventus” xəbər göndərmişdi ki, gəl, "Real”la Çempionlar Liqasının finalından öncə klubumuzun muzeyinə baş çək. Onda gedə bilməmişdim. İndi belə təklif olsa, gedərəm”. \\İslahat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru