Neymar haqqında 10 gün sonra danışarıq - Zidan

19-05-2018, 09:04           

“Real”ın baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.

APA-nın məlumatına görə, fransalı mütəxəssis Neymar transfer haqqında danışıb.

O, PSJ-nin braziliyalı oyunçusunun “kral klubu”na keçəcəyi ilə bağlı şaiyələri belə reaksiya verib: “Komandamda oynamayan hansısa oyunçu haqqında danışmaq istəmirəm. Qarşıda hələ iki oyun qalıb. Gəlin, Neymar haqqında 10 gün sonra danışaq”.

Zidan həmyerlisi Antuan Qrizmanın “Barselona”ya mümkün keçidi barədə suala cavab verməkdən də yayınıb: “Bu barədə məlumatım yoxdu. Ümumiyyətlə, bu məsələnin mənə aidiyyatı olmadığı üçün maraqlanmıram”.

Qeyd edək ki, “Real” ÇL-nin finalında “Liverpul”la, La Liqanın son turunda isə “Vilyareal”la qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru