Zinəddin Zidan "Real Madrid"in futbolçularına kabab qonaqlığı verib

19-05-2018, 14:47           
Zinəddin Zidan "Real Madrid"in futbolçularına kabab qonaqlığı verib
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasında İngiltərə "Liverpul"u ilə keçirəcəyi final matçı ərəfəsində futbolçularına kabab qonaqlığı verib.

"Report"un məlumatına görə, fransalı mütəxəssis komanda üzvlərini mərasimə ailə üzvləri ilə birgə dəvət edib. Nahar komandanın bazasında təşkil olunub. Yeməyi isə Madriddəki Uruqvay restoranı hazırlayıb.

Məqsəd mayın 26-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq həlledici görüş ərəfəsində komanda üzərindəki gərginliyi aradan qaldırmaqdan ibarət olub. Yeməkdən sonra tədbirin ən gənc iştirakçıları əsas komanda oyunçularından xatirə hədiyyələri və futbolkalar alıblar.

Qeyd edək ki, Zinəddin Zidan belə görüşləri ötən iki mövsümün final matçlarından əvvəl də təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru