Ronaldo "Real"dan gedir?

28-05-2018, 09:15           

"Real"ın (İspaniya) portuqaliyalı hücumçusu Kriştianu Ronaldu futbol üzrə Çempionlar Liqasının finalında "Liverpul" (İngiltərə) üzərində qələbədən sonra (3:1) Madrid klubunu tezliklə tərk edə biləcəyi ilə bağlı dediklərinə aydınlıq gətirib

Publika.az xəbər verir ki, o, bununla bağlı fikrini yaxın günlərdə açıqlayacağını deyib.

"Gələcək barədə sonra danışacağıq. "Real"da oynamaqdan çox məmnun oldum, cavabı isə önümüzdəki günlərdə verəcəyəm.

"Real"da daha bir mövsüm keçirəcəyəmmi? Buna zəmanət verə bilmərəm. Gizlətməyəcəyəm, önümüzdəki günlərdə öz fikrimi bildirəcəyəm. Həyat yalnız şöhrətdən ibarət deyil", - deyə Ronaldu əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.