"Liverpul"dan TRANSFER BOMBASI - 50 milyona anlaşdılar

29-05-2018, 10:42           

Çempionlar Liqasının finalında "Real"a məğlub olan "Liverpul" artıq bütün diqqətini yeni mövsümə yönəldib.

Publika.az xəbər verir ki, İngiltərə klubu "Monako"dan Fabinyonu transfer edib. 24 yaşlı braziliyalı yarımmüdafiəçinin keçidi 50 milyon avroya başa gəlib. Anlaşmanın müddəti 5 illikdir.

Son mövsümdə 45 oyuna çıxan braziliyalı futbolçu 8 qol və 3 məhsuldar ötürməylə yadda qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.