Dünya Çempionatı üçün svarovski daşlarla bəzədilmiş top hazırlanıb
29-05-2018, 13:41
Adidas idman markası 2018-cil Dünya Çempionatı üçün xüsusi dizayn olunmuş“Deluxe Ball” toplarını satışa çıxarıb. Hədiyyələr artıq mərkəzin rəsmi saytında yerləşdirilib.
AzEuroNews.com bildirir ki, Rusiyada keçiriləcək Dünya Çempionatı üçün məxmərdən hazırlanan top xüsusi svarovski daşlarla dizayn edilib.
Bildirilir ki, bu fərqli topun qiyməti 99 min rubldur. Qeyd edək ki, məxmərdən hazırlanan top yeni çıxan İphone smartfonlarından da bahadır.
Daha əvvəl isə Dünya Kuboku şərəfinə “Dolce&Gabanna” öz kişi geyimləri kolleksiyasını təqdim edib.
Xatırladaq ki, Dünya Çempionatı 14 iyundan 15 iyula kimi Rusiya Federasiyasnın 11 şəhərində keçiriləcək.