Ronaldo İspaniyanın "Valyadolid" klubunu ala bilər

31-05-2018, 06:57           
Ronaldo İspaniyanın "Valyadolid" klubunu ala bilər
Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Ronaldo İspaniyanın "Valyadolid" klubunun sahibi ola bilər.

“Report” xəbər verir ki, 41 yaşlı braziliyalı klubu almaq üçün danışıqlar aparır.

Sövdələşmənin potensial məbləği 30 milyon avrodur.

Bildirilir ki, Ronaldo bundan əvvəl "Xetafe" və "Tenerife" klublarını almaq üçün uğursuz danışıqlar aparıb.

"Valyadolid" 2014-cü ildə İspaniya çempionatının ikinci divizionuna düşüb və həmin vaxtdan orada çıxış edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.