Məşhur din xadimi: "Salah oruc tutmadığı üçün zədələndi"
31-05-2018, 07:09
Küveytin tanınmış din xadimlərindən olan Mübarək əl-Bathali ulduz futbolçu Məhəmməd Salahın Çempionlar Liqasının finalında zədələnərək oyunu tərk etməsini Allahın cəzası olduğunu bildirib.
"Allah səyahət zamanı müsəlmanlara oruc tutmamağa icazə verir. Amma Salah Ukraynaya səyahət etdiyi üçün deyil, matç üçün orucunu buraxıb. Əlbəttə, o, günaha batdı və Allah onu finalda zədələnməklə cəzalandırdı", deyə din xadimi qeyd edib.
"Liverpul"un həkimi Ruben Pons Salahın final oyunundan bir gün öncə və oyun günü oruc tutmayacağını bildirib.