Şəhriyar Məmmədyarovun dünya reytinqindəki yeri açıqlandı

31-05-2018, 18:56           

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, ötən ayla müqayisədə xal itirməyən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub. O, hazırda 2808 xalla birinci pillədəki dünya çempionu Maqnus Karlsendən (Norveç, 2843) 35, Fabiano Karuanadan (ABŞ, 2816) 8 xal geri qalır.

Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 17-ci (2751), Rauf Məmmədov 36-cı (2708), Arkadi Naydiç 47-ci (2797) pillədə yer alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.