3 ildə “Real”a 9 kubok qazandıran Zinəddin Zidan gözlənilmədən istefa verib

31-05-2018, 21:17           

Zinəddin Zidan “Real”ın baş məşqçi vəzifəsindən istefa verib. Allsport.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis qərarını mətbuat konfransında açıqlayıb. O, Madrid klubuna 2016-cı il yanvarın 4-də Rafael Benitesin əvəzinə gəlib.
Fransalı mütəxəssisin rəhbərliyi ilə “Kral klubu” İspaniya çempionu, ölkə super kubokunun, 3 dəfə çempionlar liqasının, 2 dəfə UEFA super kubokunun qalibi və 2 dəfə klublararası dünya çempionu olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.