"Qəbələ" "Səbail"i böyük hesabla məğlub etdi

12-08-2018, 21:21           
"Qəbələ" "Səbail"i böyük hesabla məğlub etdi
Topaz Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Qəbələ şəhər stadionunda eyniadlı komanda "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 21-ci dəqiqədə Asif Məmmədov açıb. Daha 2 qol fasilədən sonra vurulub. 63-cü dəqiqədə kapitan Ürfan Abbasov, 81-ci dəqiqədə isə yeni transfer Ceyms Adeniyi fərqlənib.

Bununla da "Qəbələ" Premyer Liqada ilk böyük hesablı qələbənin müəllifi olub. Yay fasiləsində məşqçilər heyəti və bir çox futbolçusunu yeniləyən "Səbail" isə ağır məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, turun açılış oyununda "Neftçi" səfərdə "Sumqayıt"ı yenib - 2:0 (Report).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru