"Atletiko"nun hücumçusu UEFA Super Kubokunda ən erkən qola imza atıb

16-08-2018, 07:20           
"Atletiko"nun hücumçusu UEFA Super Kubokunda ən erkən qola imza atıb
İspaniya "Atletiko"sunun futbolçusu Dieqo Kosta UEFA Super Kuboku tarixində ən erkən qola imza atıb.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu "Real Madrid"lə hazırda davam edən matçın 49-cu saniyəsində fərqlənib. Sonradan o, 79-cu dəqiqədə daha bir qol vuraraq, komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda əlavə vaxt gedir. "Atletiko" 4:2 hesabı ilə öndədir.

Qeyd edək ki, əvvəlki rekord yarımmüdafiəçi Ever Baneqaya məxsus olub. O, 2015-ci ildə "Sevilya"da çıxış etdiyi vaxt "Barselona"nı 3-cü dəqiqədə məyus edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru