Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

5-02-2019, 15:01           
Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Rövşən oğlu Salahov bundan əvvəl Xəzər rayon sabiq icra başçısı Gülağa İslamovun birinci müavini vəzifəsində çalışıb.

Teref.info xəbər verir ki, E.Salahovun bundan öncəki vəzifəsi isə Xəzər Rayon İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri olub. G.İslamov vəzifədən azad ediləndən sonra E.Salahov başçı vəzifəsini əvəz edirdi.

Qeyd edək ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Prezidentin sərəncamı ilə dekabrın 21-də vəzifəsindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru