Azərbaycanda qadına işgəncə verib, təcavüz etdilər - İYRƏNC ƏMƏL

5-02-2019, 15:09           
Azərbaycanda qadına işgəncə verib, təcavüz etdilər - İYRƏNC ƏMƏL
Azərbaycanda qadını işgəncə verərək seksual xarakterli hərəkətlər etməkdə, onu buna məcbur etməkdə təqsirləndirilən Ruslan Abdullayev həbs edilib.

Open.az-ın məlumatına görə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 133.1-ci ( işgəncə vermə), 128-ci ( qəsdən sağlamlığa yüngül zərər vurma), 150-ci ( seksual xarakterli hərəkətlər etmə) və 151-ci ( seksual xarakterli hərəkətlər etməyə məcbur etmə) maddələri ilə ittiham verilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilib. Ruslan Abdullayev barəsində aparılan cinayət işinin istintaqı başa çatıb. Barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmə proseleri yaxın günlərdə başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru