Qısqanc ər həyat yoldaşını öldürdü — Bakıda cinayət

1-04-2019, 12:58           
Qısqanc ər həyat yoldaşını öldürdü — Bakıda cinayət
Həyat yoldaşını qətlə yetirən şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə şikayət edib.
"Ölkə.Az" xəbər verir ki, cinayət məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunan Famil Qadir oğlu Əhmədovun məhkəmə prosesi aprel ayının 30-da hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

2016-cı ilin aprel ayında Famil Əhmədov münaqişə zəminində həyat yoldaşı Ülviyyə Əhmədovaya çoxsaylı bıçaq zərbələri vurmaqla, onu qətlə yetirib. Həbs edilən şəxs cinayəti qisqanclıq zəminində törətdiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.