“Bakı Metropoliteni”ndə yoxlama – 200-dək ştat ixtisar edildi

1-04-2019, 15:43           
“Bakı Metropoliteni”ndə yoxlama – 200-dək ştat ixtisar edildi
“Bakı Metropoliteni” QSC-də aparılmış audit nəticəsində 922,5 min manat vergi məbləğinin müvafiq hesabat dövrləri üzrə dəqiqləşmiş vergi bəyannamələrinin təqdim edilməsi ilə dövlət büdcəsinə artıq ödəmələrin hesabına ödənilməsi (əvəzləşdirilməsi) təmin olunub.

Bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatında əksini tapıb.

Hesabat ilində ümumilikdə təhvil verilməmiş 1 666,0 min manat məbləğində inventar və avadanlıq təhvil verilib, 1 308,6 min manat məbləğində inventar və avadanlıq isə uçota alınıb. Həmçinin yerinə yetirilməmiş 3 818,5 min manat məbləğində işlərin görülməsi və 10,8 min manat dəyərində bina və tikilinin uçota alınması təmin edilib.

Bundan əlavə, aparılmış tədbirlərin nəticəsi kimi 197,5 vahid artıq saxlanılmış ştat vahidi ixtisar olunub./ONA/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru