İranın qərbində yerləşən Kirmanşah vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.Bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, bu gün yerli vaxtla saat 14:37 radələrində İranın Kirmanşah vilayətində 10 km dərinlikdə yeraltı təkanlar qeydə alınıb.