Neft qiyməti fontan vurdu – 5 ayın rekordu 2-04-2019, 00:08 Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.Axar.az xəbər verir ki, bu gün “Brent” markalı neftin barreli 1,53 dollar qalxaraq, 69,11 dollar olub.Yüngül neftin bir barreli isə 1,51 dollar qalxıb və 61,65 dollara çatıb.Qeyd edək ki, “Brent” markalı neftin barrelinin 69 dollardan yuxarı satılması sonuncu dəfə 2018-ci ilin noyabrın əvvəllərində müşahidə edilib. Facebook-da paylaş