Ermənistanda korrupsiyaya görə 960 şəxs məsuliyyətə cəlb edilib

2-04-2019, 08:05           
Ermənistanda korrupsiyaya görə 960 şəxs məsuliyyətə cəlb edilib
2018-ci ildə Ermənistanda korrupsiya ilə bağlı istintaq orqanlarının icraatında olan işlər çərçivəsində 960 şəxs məsuliyyətə cəlb edilib. Bu da 2017-ci illə müqayisədə 60 faiz çox deməkdir.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, əgər 2017-ci ildə məsuliyyətə cəlb edilənlərin 292-si vəzifəli şəxs idisə, 2018-ci ildə bu rəqəm 470 nəfər təşkil edib.

Aparılan araşdırmalardan sonra 960 şəxsin 133-ü saxlanılıb, 96 nəfəri azad edilib. Lakin 2017-ci ilə nisbətdə korrupsiya ilə bağlı həbs qətimkan tədbirinin seçilməsi 33 faiz az olub - 2017-ci ildə 112 nəfər, 2018-ci ildə 84 nəfər. Bundan başqa ötən il 54 təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərinə xitam verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru