Dövlət əxlaqsızlığa nə vaxt müdaxilə edə bilər? – Professor

2-04-2019, 08:19           
Dövlət əxlaqsızlığa nə vaxt müdaxilə edə bilər? – Professor
Normativ olaraq əxlaqın 2 növü var - fərdi əxlaq və ictimai (ümumi) əxlaq. Fərdi əxlaq(sızlıq) odur ki, öz evində orgiya təşkil edirsən, amma heç kim görmür. İctimai əxlaq(sızlıq) isə budur ki, parkda lüt gəzirsən.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, dövlət fərdi əxlaqa müdaxilə edə bilməz:

“10 nəfərlik bir qrup hansısa villada çılpaq vəziyyətdə şahmat oynaya bilər, cəmiyyətə açıq deyilsə, buna heç kəs qarışa bilməz. Öz işləridir, siz də diqqətə almayın. Lakin ümumi (ictimai) əxlaqın qorunması sahəsində dövlətin öhdəlikləri var. Avropa İnsan Hüquqları Konvensiyasının 8, 9, 10 və 11-ci maddələri PUBLİC MORALİTY olan ümumi əxlaqı qorumaq üçün dövlətə müdaxilə imkanı tanıyır. Ümumi əxlaqla yanaşı, azyaşlıların qorunması da qorunan bir maraq kimi çıxış edir və bu da cinsəlliyin açığa vurulmasının qarşısını alır”.

Professor bildirib ki, insanlar fərdi azadlıqla ictimai əxlaqsızlığı qarışdırmamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru