Abşeronda canavar sürüsü 407 baş qoyun-quzunu parçaladı

2-04-2019, 08:25           
Abşeronda canavar sürüsü 407 baş qoyun-quzunu parçaladı
Abşeronda canavar sürüsü 1 gecədə 407 baş xırdabuynuzlu heyvanı məhv edib.

Teref.az ONA-ya istinadən xəbər verir ki, Abşeron rayonunda yerləşən "Xanqulu" qış otlaq sahəsindəki yataqlardan birinə canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub.

Fermer təsərrüfatının rəhbəri Seyran Kərimov bildirib ki, hücum 1 saat ərzində olub. Belə ki, gecə hər saatın tamamında çobanlar heyvanları yoxlayırlar.

Saat 2-də növbəti yoxlanış zamanı dəhşətli mənzərə ilə qarşılaşıblar. 400-dən çox qoyunun boğazı üzülmüş vəziyyətdə olub.

Təsərrüfat rəhbərinin bildirdiyinə görə, ona 60 min manatdan çox ziyan dəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru