Venesuelada helikopterdən naməlum şəxslər etirazçılara atəş açıb

3-04-2019, 07:37           
Venesuelada helikopterdən naməlum şəxslər etirazçılara atəş açıb
Venesuelanın Suliya ştatının Kabimas şəhərində naməlum şəxslər helikopterdən nümayişçilərə atəş açıb.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə yerli VPI telekanalı məlumat yayıb.

Yayılan videogörüntülərdə helikopterin uçduğu və oradan vətəndaşlara atəş açıldığı əks olunub. Aksiya iştirakçıları bundan sonra dağılışıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdu. Xatırladaq ki, vətəndaşlar martın sonundan Karakasda eləcə də Venesuelanın digər şəhərlərdə su və elektrik enerjisinin olmamasından narazılıq edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru