Əlcəzair prezidenti istefa verdi –Əbdüləziz Buteflika ordunun təzyiqinə tab gətirmədi

3-04-2019, 08:00           
Əlcəzair prezidenti istefa verdi –Əbdüləziz Buteflika ordunun təzyiqinə tab gətirmədi
Əlcəzair prezidenti Əbdüləziz Buteflika vəzifəsindən istefa verib.

Bu barədə “Algerie presse service” agentliyi məlumat yayıb.

“Prezident Əbdüləziz Buteflika dövlət başçısı kimi səlahiyyətlərinin dayandırılması haqqında qərarını Konstitusiya şurasının rəhbərinə rəsmən bildirib”, – deyə agentlik xəbər verib/Report.

Xatırladaq ki, uzun müddət ölkəyə rəhbərlik edən Əbdüləziz Buteflika prezidentliyə namizədliyini irəli sürmüşdü. Bundan sonra xalq küçələrə çıxaraq, onun istefasını tələb etsə də, o, “yenidən prezident seçildikdən sonra böyük dəyişikliklərə başlayacam”, – deyə, bəyanat verərək, geri çəkilmədi.

Bundan sonra xalq kütləvi meydanlara axışdı. Nəhayət, təxminən bir həftə əvvəl ordu vəziyyətə müdaxilə edərək, hakimiyyəti ələ aldığını açıqladı. Ordu rəhbərliyi bundan sonra prezidentin istefa verməli olduğunu bəayn etmişdi. Görünür, ölkə başçısı ordunun təzyiqlərinə tab gətirə bilmədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.