Ermənistan səhiyyə nazirinin müavini həbs edilib

3-04-2019, 11:49           
Ermənistan səhiyyə nazirinin müavini həbs edilib
Ermənistan səhiyyə nazirinin müavini Arsen Davtyan həbs olunub.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan “”Sputnik Armeniya”ya bildirib.

Yerevan məhkəməsi nazir müavini barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.

A.Davtyan böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

“Səhiyyə nazirinin müavini barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - deyə S.Qalstyan vurğulayıb.

Bir müddət əvvəl Milli Təhlükəsizlik Xidməti A.Davtyanı ölkənin baş mama-ginekoloqu Razmik Abramyandan rüşvət aldığına görə tutmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru