“Diqlas”da mağaza və anbarı yanan sahibkara 10 min, piştaxtası yanana 2 min manat veriləcək

3-04-2019, 19:15           
“Diqlas”da mağaza və anbarı yanan sahibkara 10 min, piştaxtası yanana 2 min manat veriləcək
“Diqlas” ticarət mərkəzində mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara 10000 manat maddi yardım veriləcək.

ONA-nın məlumatına görə, bu, İqtisadiyyat Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərlməsi Qaydası”nda əksini tapıb.

Piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara isə 2000 manat maddi yardım ediləcək.
Maddi yardım zərər çəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru