Litvadan İtaliyaya uçan "Boeing 737" təyyarəsinə yalnız bir sərnişin minib

4-04-2019, 07:06           
Litvadan İtaliyaya uçan "Boeing 737" təyyarəsinə yalnız bir sərnişin minib
Litvadan İtaliyaya uçan "Boeing 737" təyyarəsində yalnız bircə sərnişin olub.

"Report"un məlumatına görə, bu barədə AP xəbər verirb.

Qeyd edilir ki, Vilnüsdən İtaliyanın Berqamo şəhərinə uçan təyyarədə yalnız Skirmantas Strimaytis adlı sərnişin olub. O, 188 nəfərin yerləşdiyi təyyarənin bütün biletlərini özü alıb. Uçuş zamanı təyyarədə yalnız iki pilot və beş heyət üzvü olub.

"Novaturas" turizm agentliyi bildirib ki, o, litvalılardan ibarət qrupu İtaliyaya çatdırmaq üçün təyyarədəki bütün yerləri alıb və biletlər birbaşa satılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.