Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən atdı

4-04-2019, 16:57           
Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən atdı
Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi məktəbdə intihara cəhd edib. Gundeminfo.az virtualaz.org-a istinadən xəbər verir ki, şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Hadisə şahidlərinin sözlərinə görə, bu qız əvvəllər də bir neçə dəfə intihara cəhd edib: “Qızı təcili yardımla xəstəxanaya apardılar. Bir də gördük ki, valideynləri qaça-qaça gəldi. Qızın xəstəxanada olduğunu eşidən kimi çıxıb getdilər. Bəlkə də, çox şagirdin onunla danışmaması qıza pis təsir edib”.

Daha sonra məktəbin mühafizə xidməti küçədəki bütün uşaqlara hadisəylə bağlı tanımadığı adamlarla danışmamağı tapşırıb. Uşaqlar deyirlər ki, onlara qızın başının gicəlləndiyini və pəncərədən yıxıldığını söyləməyi tapşırıblar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəbli hazırda reanimasiyadadır. Ona çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, yumşaq toxumaların və ağciyərin əzilməsi diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

***

162 nömrəli tam orta məktəbdən "Qafqazinfo"ya verilən məlumata əsasən, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb. İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Şagirdin ayağında sınıq var. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.