Bakıda 13 yaşlı qız özünü pəncərədən atdı

22-04-2019, 22:46           
Bakıda 13 yaşlı qız özünü pəncərədən atdı

Bakıda 13 yaşlı yeniyetmə qız intihara cəhd edib.

Teref.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, 21 apreldə saat 18:20-də akademik Mir Cəlal küçəsi 8 ünvanında Məmmədli Ülviyyə Ülvi qızı intihara cəhd edərək 5-ci mərtəbədən özünü atıb.

Xoşbəxtlikdən ağaca ilişən qız sağ qalıb.

Yeniyetmə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır dəyərləndirirlər. Xəstə kritik vəziyyətdən çıxıb və yaşayacaq.

İlkin araşdırmada məlum olub ki, Ülviyyə Məmmədli özünü atdığı ünvanda deyil, həmin küçədə yerləşən 24 saylı evdə yaşayır.

İstintaq hələ intihara cəhdin səbəbini müəyyən etməyib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru