Kanadada daşqın nəticəsində 2,5 mindən çox ev su altında qalıb

23-04-2019, 07:42           
Kanadada daşqın nəticəsində 2,5 mindən çox ev su altında qalıb
Kanadanın Kvebek və Nyu-Bransuik şərq əyalətlərində çayların daşması nəticəsində yaranmış yaz seli səbəbindən 2,5 mindən çox yaşayış evi su altında qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Təbii fəlakət səbəbindən 1,7 minə yaxın insan öz evini tərk etmək məcburiyyətində qalıb. Daşqın xüsusilə Kvebek əyalətinin Laval şəhərinə təsir edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.