AZƏRBAYCANDA QORXUNC HADİSƏ - 7 YAŞLI UŞAQ AVTOBUSUN ALTINDA QALIB ÖLDÜ

25-04-2019, 15:45           
AZƏRBAYCANDA QORXUNC HADİSƏ - 7 YAŞLI UŞAQ AVTOBUSUN ALTINDA QALIB ÖLDÜ
Yevlaxda ağır yol qəzası baş verib.

Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, bu gün saat 9 radələrində rayonun Qoyunbinəsi kəndində “Qazel” markalı avtobus yolu keçmək istəyən 2012-ci il təvəllüdlü kənd sakini, Ləman Əsgərovanı vurub. Ağır bədən xəsarətləri alan uşaq xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin uşaq mağazaya getmək üçün yolu keçərkən baş verib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru