Müəllimlərə silahlanmağa icazə verildi

25-04-2019, 20:18           
Müəllimlərə silahlanmağa icazə verildi
ABŞ-ın Florida ştatının senatı müəllimlərə silah gəzdirməyə icazə verən qanun layihəsini təsdiq edib. Qanun layihəsi 22 lehinə, 17 səs əleyhinə olmaqla qəbul edilib. Qeyd olunur ki, qanun məktəb müəllimlərinin və digər əməkdaşların silahlı hücumlardan müdafiə olunması və bu cür hücumlarının qarşısının alınması məqsədilə qəbul edilib.

Qanun layihəsi ştat parlamentinin aşağı palatası tərəfindən təsdiq olunduqdan sonra imzalanması üçün qubernatora göndəriləcək. Xatıladaq ki, ötən ilin fevralında Floridanın Parklend şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru