Azərbaycanda dənizkənarı keçilməz ərazidə yanğın başlayıb
28-04-2019, 13:54
Teref.az FHN-nə istinadən yazır ki, ilkin məlumata əsasən, Şabran rayonunda dənizkənarı keçilməz bataqlıq ərazidə qamışlıq yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. Teref.az