Polis kapitanı vitse-prezident postundan istefa verdi

29-04-2019, 18:08           
Polis kapitanı vitse-prezident postundan istefa verdi
2018-ci ildə yaradılan Azərbaycan Respublikası Vin-Çun Döyüş Sənəti Federasiyası iki vitse-prezidentlə yollarını ayırıb.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, kunq-fu üzrə 6qat dünya çempionu, polis kapitanı Fərid Mayılov və iş adamı İlqar Mustafayev vitse-prezident postunu tərk edib. Federasiya artıq hər iki şəxslə rəsmi münasibətləri kəsib.

Qurumun mətbuat katibi Firudin İsmayilov xəbərin doğru olduğundan boyun qaçırsa da, Fərid MayılovUnikal.org-a açıqlamasında federasiyadan gedişini təsdiqləyib:

"Özüm dövlət orqanında işləyirəm. İki işi bir yerdə görmək mənə çətin olduğu üçün getmək qərarına gəldim”.

Maraqlıdır ki, federasiyanın rəsmi saytından qurum rəsmisi kimi hər iki şəxsin adı çıxarılıb.

Qeyd edək ki, Fərid Mayılov Vin-Çun Federasiyasında ictimai məsələlər üzrə vitse-prezidenti, İlqar Mustafayev isə ümumi işlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru