ABŞ-ın baş prokurorunun birinci müavini vəzifəsindən istefa verib
30-04-2019, 02:21
ABŞ-ın ədliyyə nazirinin və baş prokurorunun birinci müavini Rod Rozenstayn ölkə Prezidentinə istefası haqqında ərizə göndərib.
"Report" TASS-a istinadən xəbər verir ki, məktubu ölkənin Ədliyyə Nazirliyi yayıb.
"Baş prokurorun müavininin öz postunda fəaliyyətinin orta müddəti 16 ay təşkil edir və bəziləri 2 ildən daha çox qalırlar. Mən mayın 11-də istefam haqqında ərizəni verirəm", - deyə sənəddə qeyd edilir.