Bakıda qəza zamanı sürücülər arasında dava düşüb - VİDEO

30-04-2019, 07:43           
Bakıda qəza zamanı sürücülər arasında dava düşüb - VİDEO
Nəsimi rayonunda 3 minik avtomobili toqquşub.

ONA-nın məlumatına görə, 28 may küçəsi ilə hərəkət edən “Hyundai” markalı avtomobil yol nişanın tələbini pozaraq Rəşid Behbudov küçəsinə çıxaraq “Daewoo” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Nəticədə Mercedes-də olan sərnişin qadın xəsarət alıb. Mercedes-in sürücüsü xəsarət alan qadının qəfil huşunu itirdiyini görüb, bundan hiddətlənərək “Hyundai-ın sürücüsünü döyüb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Dava edən şəxslər saxlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru