Avtomobillərdə "ştorka" və jalüzlərin istifadəsinə icazə verilir - BU GÜNDƏN

1-05-2019, 06:15           
Avtomobillərdə "ştorka" və jalüzlərin istifadəsinə icazə verilir - BU GÜNDƏN
Bu gündən, mayın 1-dən respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüzlərdən (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəyə icazə verilir.

Unikal.org-un xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004” “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru