Bakıda daha küçələri yumayacaqlar – Şəhər Meriyası səbəbi açıqladı

2-05-2019, 18:50           
Bakıda daha küçələri yumayacaqlar – Şəhər Meriyası səbəbi açıqladı
Bir vaxtlar Bakının mərkəzi küçə və prospektləri su maşınları vasitəsilə yuyulurdu. Amma indi yolların təmizlik işlərini yalnız süpürgəçi qadınlar icra edir. Xüsusilə yaz-yay aylarında nəqliyyat vasitələrinin sıx olduğu küçə və prospektlərdə tozanaq göyə qalxır.

Bəs vaxtilə xüsusən yaz-yaz aylarında həyata keçirilən bu təmizlik üsulu yenidən bərpa oluna bilərmi?
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-Kommunal Təsərrüfatı Departamentindən (MKTD) bildirilib ki, küçələrin xüsusi maşınlar vasitəsilə yuyulması vətəndaş şikayətlərindən sonra dayandırılıb:

"Şikayətlər əsasən küçələrin yuyulması zamanı hərəkətdə olan nəqliyyat vasitələrinin çirklənməsilə bağlı idi. Vətəndaşlar küçələrin su vasitəsilə yuyulması zamanı yolların palçıq olmağından narazılıq edirdilər. Çoxsaylı şikayətlətlərdən sonra bu üsuldan imtina etdik”.

Rəsmi məlumatda qeyd olunub ki, hazırda səhər saat 06:00-da magistral yolların xüsusi tozsoran maşınlar vasitəsilə təmzilənməsinə üstünlük verilir:

"Küçələrin kütləvi surətdə yuyulması nəzərdə tutulmayıb. Hansısa yolda təmir-tikinti işi həyata keçirildikdən sonra xadimələr ərazinin təmizlənməsini həyata keçirir”. (modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru