Meksika metrosunda partlayış olub, xəsarət alanlar var 2-05-2019, 23:04 Meksikanın paytaxtı Mexiko şəhərində metronun Çabakano stansiyasında partlayış baş verib, 3 nəfər xəsarət alıb.“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışa elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Facebook-da paylaş