Çinli qız universitetə daxil olmaq üçün rüşvət verdi - 6,5 milyon dollar

3-05-2019, 08:38           
Çinli qız universitetə daxil olmaq üçün rüşvət verdi - 6,5 milyon dollar
Çindən olan zəngin bir cütlük qızlarının ABŞ-ın nüfuzlu Stenford Universitetinə daxil olması üçün 6,5 milyon dollar rüşvət verib.

Oxu.az bildrir ki, abituriyentin valideynləri sözügedən məbləği ali təhsil ocağına qəbul və konsaltinq xidmətləri həyata keçirən kommersiya təşkilatının hesabına keçirib.

Qızın prestijli təhsil ocağında qeydiyyata alınması üçün şirkətin təsisçisi Uilyam Sinqer sənədləri saxtalaşdıraraq, abituriyentin yelkənli qayıqsürmədə möhtəşəm nəticələrinin olduğunu göstərib.

Sinqer qəbul rəsmiləşdikdən sonra universitet yaxtsmentləri komandasının məşqçisinə yalanı ört-basdır etmək məqsədilə 500 min dollar verib.

Vasitəçilik edən şirkətə qarşı artıq cinayət işi açılıb. Faktla bağlı araşdırma gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru